Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ildə 70 milyon geyilə bilən qurğu satılacaq


"Juniper Research"-in proqnozuna əsasən, 2017-ci ildə 70 milyon geyilə bilən elektronika qurğusu satılacaq. Qeyd edək ki, 2013-cü ildə 15 milyon belə qurğu satılacağı bildirilir.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, analitiklər geyilə bilən elektronika qurğu kateqoriyasına "ağıllı" eynək, sağlamlıq vəziyyətinə nəzarət etmək üçün qurğu və sair kimi cihazları aid edirlər.

Analitiklərin hesablamasına əsasən, 2017-ci ilədək satış həcminin əksər hissəsi idman üçün nəzərdə tutulmuş həllərin payına düşəcək. İkinci yerdə tibbi datçiklər yer alacaq. 2017-ci ildə bu iki seqment bazarın 80 faizinə sahiblənəcək. Satışların çox hissəsi Şimali Amerika və Qərbi Avropanın payına düşəcək.

Emil Hüseynov




18/01/13    Çap et