Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələr nə dərəcədə təhlükəlidir?!
“Facebook” və digər sosial şəbəkələrin istifadəçiləri tanış və yaxın dostlarının müsbət rəy və ya "layk"larından yarana biləcək özünü həddən-ziyadə bəyənmədən qorunmalıdırlar. Bu, onların davranışına təsir edə və özünənəzarəti azalda bilər. Pitsburq Universiteti və “Columbia” biznes məktəbində çalışan alimlər apardıqları tədqiqat nəticəsində belə qərara gəliblər.
"Bildiyimə görə, bu problemə birinci biz diqqət yetirmişik və araşdırma aparmışıq. Tədqiqatın məqsədi sosial şəbəkələr vasitəsilə internetdə ayrı-ayrı istifadəçilərin özünənəzarətinə təsir mümkünlüyünü sübut etməkdir – məqalə müəlliflərindən biri, biznes idarəetmə kafedrasının dosenti Endryu Stiven bildirib. Biz “Facebook” vasitəsilə insanın sayıqlığını zəiflətməyi və özünənəzarətinə təsiri sübut etdik".
“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, Stivenin “Columbia” biznes məktəbində marketinq kafedrasının dosenti Kit Uilkoksla birgə yazdığı məqalədə “Facebook” sosial şəbəkəsinin 1000-dən çox amerikalı istifadəçisi arasında keçirilmiş 5 müxtəlif tədqiqatın nəticələri yer alıb.
Alimlər birinci tədqiqatda “Facebook”da "dost"ların bir-biri ilə nə qədər yaxın əlaqədə olduğunu təyin ediblər. Onlar araşdırma zamanı aydınlaşdırıblar ki, “dost”larına çox bağlı olanlarla müqayisədə "zəif əlaqə"yə malik istifadəçilərdə özünə qiymət "layk" və müsbət rəylərdən asılı deyil. Stiven və Uilkoks ikinci tədqiqatda özünəqiymətin nə dərəcədə artdığını və buna məhz nəyin təsir etdiyini qiymətləndiriblər.
"Araşdırmamıza əsasən, "möhkəm əlaqə"yə malik insanlar sosial şəbəkələrdə nümayiş etdirmək istədikləri surəti yaratmağa və onu qoruyub saxlamağa kökləndikdə onlarda özünəhörmət hissi artır - Uilkoks bildirib. Bu isə ondan xəbər verir ki, informasiyanı internetdə yerləşdirən insanlar onları daha çox məhz yaxın dostlarının dəstəkləyəcəyinə ümid edirlər".
Üçüncü və dördüncü araşdırmalar özünəqiymət və özünənəzarət arasında əlaqəni təyin etməyə kömək edib. Beşinci araşdırmada isə özünənəzarəti aşağı olanlarla ünsiyyət üçün sosial şəbəkələrdə çatlardan istifadə təhlil edilib. Naməlum şəxslər iştirakçılarla boy və çəki, kredit kartlarının sayı, borc məbləği və digər şəxsi məsələləri müzakirə ediblər.
Stiven və Uilkoks əmin edir ki, tədqiqatın nəticələri siyasət üçün əhəmiyyətlidir, çünki hər bir ayrıca fərdin özünənəzarəti cəmiyyətdə sosial asayiş və rifahın dəstəklənməsi üçün mühüm mexanizmdir.
Emil Hüseynov
18/01/13 Çap et