“Microsoft Azerbaijan” şirkəti “Windows Startup Challenge” müsabiqəsini keçirir
“Microsoft Azerbaijan” şirkəti, “DEMO” və “Startup Weekend”-lə birgə keçiriləcək “Windows Startup Challenge” müsabiqəsinə ərizə qəbuluna başlayıb. Müsabiqədə “Windows Store” üçün elektron tətbiqlərinin yaradılmasında maraqlı ideyalara malik,18 yaşına çatmış hər bir şəxs fərdi və yaxud qrup şəklində iştirak edə bilər. Müsabiqə iştirakçı- startapların “Windows Store” üçün prototip tətbiqlər yaratmaq bacarığını müəyyən edərək, ən yaxşılarının işlənib hazırlanması və irəliləməsində köməklik göstərəcək.
Müsabiqənin məqsədi – elektron proqram tətbiqlərinin yaradılmasına dəstək, onların prototipdən bilavasitə tətbiqin buraxılışına qədər inkişafını sürətləndirməkdir. Müsabiqə iki mərhələdən ibarətdir və onların hər birisinin xüsusi tələbləri var.
“Microsoft” şirkəti bütün dünyada proqram tərtibatçılarına dəstək verərək, müxtəlif layihələrin təşəbbüskarı qismində çıxış edir. Yaxınlarda Azərbaycanda, “İnfiPro” şirkəti ilə birgə keçirilmiş startap layihələr müsabiqəsinə yerli proqram tərtibatçılarının marağı çox yüksək olmuşdur. Keçmiş müsabiqədə finalçılar sırasına düşməyənlərin və müsabiqəyə yeni qatılanların “Windows Startup Challenge”-də iştirak etməsinə çox şad olardıq. Əminik ki, “Windows Startup Challenge” müsabiqəsi daha çox iştirakçını cəlb edəcək” – deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.
Müsabiqənin şərtlərinə görə, ilk mərhələdə, qeydiyyatdan keçmiş iştirakçılar komissiyaya özlərinin elektron tətbiqlərini prezentasiya, video, skrinşot şəklində təqdim edəcəklər. “IOS App Store”, “Google Play” və yaxud digər, “Windows Store”-dan fərqli platformalarda işləyən tətbiqlər, həmçinin, qəbul olunur. 24-48 saat ərzində iştirakçıya onun layihəyə qatılması və yaxud təklifinin rədd edilməsi haqqında bildiriş məktubu göndəriləcək. Birinci təqdirdə, tətbiqin nümunəsi müsabiqənin veb-səhifəsinin onlayn-qalereyasında yerləşdiriləcək. İşlər açıq şəkildə nümayiş etdiriləcək, onlarla sosial şəbəkələrdə bölüşmək mümkün olacaq. Sayta daxil olan istifadəçilərə bəyəndikləri müsabiqə iştirakçısına səs vermək təklif olunacaq – hər bir “Facebook” profilinə bir səs limiti ilə. Səsvermə 2013-cü il, fevralın 5-də bitəcək.
Ən yaxşı startaplar münsiflər heyəti tərəfindən aşağıdakı kriteriyalara görə seçiləcəklər:
1) Startapın həyata keçirilməsinin mümkünlüyü
2) İstifadədə münasibliyi
3) “Windows 8” platforması ilə uyğunlugu
4) Orijinallıq və yenilikçilik.
İkinci mərhələdə 50% səs toplamış və 50% münsiflər heyətinin müsbət rəyini qazanmış iyirmi ən yaxşı iştirakçı, iddialarına dəstək məqsədilə mühəndis və dizayn resurslarına çıxış əldə edəcəklər. Eyni zamanda, öncə təqdim edilmiş prototiplər əsasında, tətbiqlərin son versiyalarının yaradılması zamanı müsabiqə iştirakçıları “Microsoft” şirkətinin mütəxəssislərinin köməyindən yararlana biləcəklər. Son versiyanı 1 mart 2013-cü ilə kimi münsiflər heyətinə təqdim etmək lazımdır.
İkinci mərhələnin yekunlarına görə, beş ən yaxşı tətbiq seçiləcək. İlk beşliyə tətbiqin irəliləməsində dəstək göstəriləcək – bannerlərin yaradılması, PR-aksiyalar və s. Startap komandasının iki üzvü isə 17 aprel 2013-cü ildə, San-Fransisko şəhərində keçiriləcək “DEMO Mobile” konfransında iştirak edərək, KİV və iri investorların qarşısında öz işlərini nümayiş etdirmək imkanı qazanacaqlar.
Birinci tura iştirakçı qeydiyyatının son tarixi - 29 yanvar 2013-cü il, Qrinviç vaxtı ilə saat 23:59-dur.
Müsabiqədə iştirakla bağlı daha ətraflı məlumatı
burdan və yaxud “Microsoft Azerbaijan” şirkətinə müraciət etməklə əldə etmək mümkündür: Tel.:
(012) 4373800, e-mail:
a-emakhu@microsoft.com.