Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil internet trafikinin həcmi 77% artıb
Dünya üzrə bütün mobil trafikin 22%-i məşhur “YouTube” videoxidmətinin payına düşür. Bu barədə “Allot Communications” şirkəti tərəfindən dərc edilmiş yeni “MobileTrends Report” hesabatında bildirilib. Hesabat məlumatlarına əsasən, cari ilin birinci yarısında mobil internet trafikinin həcmi 77% artıb. Mobil trafikdə axın videoxidmətlərinin məşhurluğu keçən ilin həminki dövrü ilə müqayisədə 93% artıb. Mobil trafikdə videoxidmətlərin ümumi payı 39% təşkil edir.
internet.cnews.ru
28/07/11 Çap et