Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özəl provayderlər regionlarda internet sisteminin təkmilləşdirilməsi işinə qoşulub




Ölkəmizdə əhalinin 65%-dən çoxu internetdən istifadə edir. Ən ucqar kəndlərdə belə əhalinin internetdən istifadə etməsi üçün sistem yaradılıb.

2012-ci il "Aztelekom" İstehsalat Birliyi üçün kəndlərin optikləşməsi ili kimi tarixə daxil olmaqdadır. Müəssisənin daxili imkanları hesabına 2000 km-dən çox müxtəlif tutumlu fiber-optik kabellər torpağa qoyularaq montaj edilib. Kəndlərdə yaradılan dayanıqlı infrastrukturun nəticəsində yalnız bu il respublikamızın 46-dan çox rayonunda 400-ə yaxın kənd super-internet magistralına qoşulmaq imkanı əldə edib.

"Aztelekom" İB-nin bu geniş layihəsində özəl internet provayderləri də yaxından iştirak edir.

"Smart Systems Texnology" şirkəti "Aztelekom" İB ilə bağladığı müqaviləyə uyğun olaraq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Yardımlı, Masallı rayonlarında multimedia xidmətlərini inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlayaraq 100 km-dən artıq kabel çəkib. Kabelləşən kəndlərin sayı 18-dir. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir. Oğuz, Zaqatala, Qax, Şəki, Lənkəran, Sumqayıt, Xaçmaz, Gəncə, Abşeron, Mingəçevir, Ağcabədi, Naftalan, Sabirabad, Masallı, İmişlı, Qazax TKQ-lərində fəaliyyət göstərir.

"Q-Telecom" şirkəti birliklə bağladığı müqaviləyə uyğun olaraq Masallı, Ağsu, Salyan rayonlarında multimedia xidmətlərini inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlayaraq 56 kilometrdən artıq kabel çəkib. Kabelləşən kəndlərin sayı 10-dur. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir. Sabirabad, Xaçmaz, Ağcabədi, Neftçala, Mingəçevir TKQ-lərində fəaliyyət göstərir.

"Premier Group" şirkəti "Aztelekom" İB ilə bağladığı müqaviləyə uyğun olaraq Biləsuvar, Neftçala, Astara, Yardımlı rayonlarında multimedia xidmətlərini inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlayaraq 57 kilometrdən artıq kabel çəkib. Kabelləşən kəndlərin sayı 28-dir. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir. Neftçala, Astara, Cəbrayıl, Yardımlı TKQ-lərində fəaliyyət göstərir.

"Data Plyus" şirkəti "Aztelekom" İB ilə müqaviləyə uyğun olaraq Ağdaş, Siyəzən rayonlarında multimedia xidmətlərini inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlamış və artıq 88 km-dən artıq kabel qoyulmuşdur. Kabelləşən kəndlərin sayı 15-dir. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir.

"Caspel" şirkəti "Aztelekom" İB ilə müqavilə bağlamış və bununla fəaliyyətini genişləndirmişdir. Belə ki, şirkət respublikanın müəyyən regionlarında konkret olaraq, Xızı, Şabran rayonlarında multimedia xidmətlərini inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlamış və artıq 51 km-dən artıq kabel qoyulmuşdur.

Kabelləşən kəndlərin sayı 6-dır. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir. Siyəzən, Sumqayıt, Füzuli, Mingəçevir, Şabran, Ağcabədi, Ağsu, Kürdəmir, Masallı, Oğuz, İmişli, Naftalan TKQ-lərində fəaliyyət göstərir.

"AZERONLİNE" şirkəti 19.02.2012- cil il "Aztelekom" İB ilə müqavilə bağlamış və bununla fəaliyyətini genişləndirmişdir. Belə ki, şirkət Zərdab rayonunda multimedia xidmətlərini inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlamış və 131 km-dən artıq kabel qoyulmuşdur. Kabelləşən kəndlərin sayı 18-dir. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir.

Bərdə, Yevlax, Şəmkir, Lənkəran, Şəki, Quba, Mingəçevir, Sumqayıt, Gəncə, Abşeron, Qazax, Xaçmaz, Zaqatala, Ağcabədi, Qəbələ, İsmayıllı, Göyçay, Qax, Masallı TKQ-lərində fəaliyyət göstərir.

"Alfanet" şirkəti 27.04.2012- ci il "Aztelekom" İB ilə müqavilə bağlamış və bununla fəaliyyətini genişləndirmişdir. Belə ki, şirkət Abşeron rayonunda multimedia xidmətləri inkişaf etdirmək məqsədilə optik kabellərin çəkilişinə başlamış və artıq 62 km-dən artıq kabel qoyulmuşdur. Kabelləşən kəndlərin sayı 10-dur. Hər ay şirkətə qoşulan yeni abonentlərin sayı artır, şirkət korporativ xidmətlər və sürətli internetə qoşulma xidmətləri göstərir. Sumqayıt, Abşeron TKQ-lərində fəaliyyət göstərir.




19/01/13    Çap et