Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron ticarətin tətbiqi genişləndirilir
Ölkə ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək “Elektron ticarəti” tətbiq edib.
“ICTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsində elektron ticarət dövriyyəsinin həcmi 1599,8 min manat olub, elektron ticarəti üzrə istehlak mallarının satışının 79,9 faizi hüquqi şəxslərin, 20,1 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib.
Elektron ticarət dövriyyəsinin 93,3 faizini qeyri-ərzaq mallarının satışı təşkil edib.
CAHANGİR
19/01/13 Çap et