Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İdmançılar üçün yüksəktexnologiyalı cihaz yaradılıb
Müasir idmançılar məşq prosesləri idarəetməsinin mühüm hissəsini elektron cihazlara etibar edə bilərlər. "Amiigo" şirkətinin istehsalı olan funksional fitnes-treker 100-dən çox məşq prosesinə nəzarət edir.
Şirkətdən verilmiş məlumata əsasən, onların təqdim etdiyi cihaz əzələ sisteminin iş intensivliyinə, ürək döyüntüsünün tezliyinə, qandakı oksigen və qlükozanın səviyyəsinə, bədən temperaturuna, idmançının ümumi aktivlik səviyyəsinə və sərf edilmiş kalorinin miqdarına nəzarət edən sukeçirməz qolbaqdır.
Qurğu "düşünməyə" və istifadəçinin məşqlərinin idman rejimini qiymətləndirməyə qadirdir və buna əsaslanaraq ona hazırlıq səviyyəsinə görə optimal yüklənmə səviyyəsi təklif edir. Məlumatları "Bluetooth 4.0" portu vasitəsilə "iPhone" və ya "Android"-cihazlara ötürmək mümkündür.
Mobil qurğu isə ona quraşdırılmış xüsusi proqram təminatı vasitəsilə idman hazırlıq prosesinin gedişini təhlil edə bilər. "Amiigo" qurğusunun qiyməti 99 dollar təşkil edir. Qurğu bazara iyunda tədarük edilməyə başlanacaq.
Emil Hüseynov
19/01/13 Çap et