Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bill Qeyts Misir biznesinə sərmayə yatıracaq
"Bloomberg" məlumat verir ki, Bill Qeyts Misirin "OCI NV" şirkətinə təxminən 1 milyard dollar həcmində sərmayə yatırmağı planlaşdıran Amerikanın sərmayədarlar qrupuna rəhbərlik edir. Məlumat üçün bildirək ki, bu şirkət 2011-ci ildə Misirdə baş vermiş inqilabi hadisələrdən sonra fəaliyyətini, demək olar ki, dayandırmışdı.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət amerikalı sərmayədarlardan pul aldıqdan sonra ilk növbədə milyarder Nassef Savirisin rəhbərlik etdiyi "Orascom Construction Industries"-in aktivlərini yığmaq niyyətindədir.
"OCI" şirkəti, həmçinin qərargahını Amsterdama keçirməyi planlaşdırır.
Emil Hüseynov
21/01/13 Çap et