Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran: Biz kiberməkanda müharibə üsullarını hazırlayırıq


Ötən həftə İran rəsmisi bildirib ki, ölkə düşmənin kommunikasiya sistemlərinin işini pozmağa qadirdir və "elektron müharibə" imkanlarını gücləndirir. Bu barədə "Röyters" agentliyi məlumat yayıb.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik komandanlığının direktoru general Uilyam Şelton jurnalistlərə verdiyi müsahibəsində bu barədə fikir bildirməkdən imtina edib.

Onun sözlərinə görə, İranın İT mütəxəssisləri 2010-cu ildən sonra ("Stuxnet" virusu) ölkənin kritik sistemlərinin mühafizəsinin gücləndirilməsi üçün mühüm işlər görüblər. İnformasiya təhlükəsizliyi üzrə bır sıra mütəxəssislərin, həmçinin "Kasperski Laboratoriyası" əməkdaşlarının məlumatına görə, "Stuxnet" virusunun arxasında ABŞ və İsrail dayanıb.

Bununla belə heç bir dövlət, ticarət təşkilatı və ya aktivist qrupu məsuliyyəti öz üzərinə götürmədi. Xatırladaq ki, həmin ərəfədə İran nüvə sənayesinin inkişafı ilə aktiv şəkildə məşğul olurdu. Rəsmi Tehran bildirmişdi ki, nüvə hazırlamasının məqsədi ucuz enerji və tibbi tədqiqatlar əldə etməkdir.

Emil Hüseynov




21/01/13    Çap et