Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən nazik fotoçərçivə təqdim edilib


8 düym diaqonala malik ekranla təchiz edilmiş “teXet TF-803” rəqəmli foto çərçivəsi Rusiya bazarına çıxarılıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, istehsalçı cihazını dünyanın ən nazik foto çərçivəsi adlandırıb: o, cilalanmış metaldan hazırlanmış 3 millimetr qalınlığında korpusa salınıb. Qurğunun altlıq hissəsində idarəetmə düymələri və “SD/SDHC” kardrideri yerləşib.

Ekranın təsvir ölçüsü 800×1280 piksel təşkil edir. Çərçivə “JPG” formatında olan fotoları əks etdirə, həmçinin “MP3” musiqiləri səsləndirə bilir. Qurğu, həmçinin saat, təqvim, zəngli saat, fotonun miqyaslanması və döndərilməsi kimi funksiyalara malikdir.

Cihazın çəkisi təxminən 260 qram, ölçüləri isə 202×126×3 millimetr təşkil edir. Qurğunun qiyməti təxminən 76 manata bərabərdir.

Emil Hüseynov




21/01/13    Çap et