Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir dövlət qurumu Elektron Xidmətlər Portalına qoşulub


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti "e-Gov" Elektron Xidmətlər Portalına qoşulub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən dövlət qurumunun ilk olaraq "su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin yerinin razılaşdırılması" xidməti portala inteqrasiya edilib.

Beləliklə, sözügedən elektron xidmət vasitəsilə istifadəçilərə su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin yerinin razılaşdırılması imkanı təqdim olunub.

CAHANGİR




21/01/13    Çap et