Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AzTU-da təhsil informasiya sisteminə daxil olan avadanlıqların quraşdırılmasına başlanılıb
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycan Texniki Universitetində "Tədris Informasiya Sisteminin Yaradılması" layihəsinin həyata keçirilməsində istifadə olunacaq avadanlıqların quraşdırılması və təlim məsələlərinin həlli üçün öz mütəxəssislərini universitetə göndərib.
"ICTnews" elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, beş nəfərdən ibarət nümayəndə heyəti yanvarın 12-dən martın 24-dək universitetdə olacaq. Mütəxəssislər həmin müddətdə təhsil informasiya sisteminə daxil olan avadanlıqları, kompüter və proqram təminatı ilə bağlı quraşdırılma və təlim məsələlərinin həyata keçirilməsini təmin edəcəklər.
Qeyd edək ki, artıq AzTU-ya gətirilmiş avadanlıqların quraşdırılmasının ilkin açılışı olub. Açılışda universitetin rektoru, professor Havar Məmmədov, KOİKA-nın Azərbaycan Nümayəndəliyinin Prezident Nümayəndəsi xanım Kim Eun-Suk və digər əməkdaşlar iştirak ediblər.
CAHANGİR
21/01/13 Çap et