Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şifrələrə alternativ axtarır


“Google” hesab edir ki, adi mətn şifrələri məlumatların mühafizəsi üçün o qədər də etibarlı deyil. Hazırda şirkətin mühəndisləri alternativ həll axtarır. Onların fikrincə, məsələn, yaxın hərəkət radiusu çipi ilə təchiz edilmiş “ağıllı” telefon və ya “ağıllı” karta malik üzük belə həll kimi çıxış edə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kompüteri blokdan çıxartmaq üçün istifadəçinin ondan bir qədər aralıda olması kifayətdir. Lakin bir problem var ki, belə qurğular identifikasiya üçün daim istifadəçinin üzərində olmalıdır.

Əgər o itsə və ya oğurlansa, o zaman necə olacaq? “Google” hələ ki bu barədə ətraflı məlumat verməyib. Başqa həll kimi Yubikeys "USB açarları" göstərilib. Bu cür kart kompüterin portuna yerləşdirildiyi halda o, “Google”-un sisteminə avtomatik daxil olacaq.

Qeyd edək ki, “Google” tədqiqatçılarının təhlükəsizlik mövzusundakı məqaləsi “IEEE Security & Privacy Magazine” jurnalının 28 yanvar buraxılışında dərc ediləcək.

Emil Hüseynov




21/01/13    Çap et