Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada “Lulz Security” qrupuna aid olan hakeri həbs ediblər


Böyük Britaniyada “Lulz Security” haker qruplaşmasına aid olmaqda şübhəli bilinən şəxs həbs edilib. Bu barədə “Associated Press” məlumat yayıb. Haker ölkənin əsas hissəsindən şimalda yerləşən Şotland adalarında həbs edilib. 19 yaşlı saxlanılan şəxsin adı bildirilmir, lakin polis onun şəbəkədə "Topiary" ləqəbi (nik) ilə çıxış etdiyini bildirib. Saxlanılan şəxsdən internetdə “Lulz Security” qrupunun "qəhrəman"lıqları haqqında informasiyanın yayılmasına görə şübhələnirlər, o, “Tvitter” şəbəkəsində qruplaşmanın mikrobloqunu idarə edib. “Lulz Security” haker qruplaşması 2011-ci ilin yazında yaradılıb. 2011-ci il iyun ayının 26-da “Tvitter”də “Lulz Security” qrupunun fəaliyyətinin dayandırılması haqqında bildirilib. Hakerlər bildiriblər ki, onların fəaliyyəti razılaşmaya əsasən müvəqqəti xarakter daşıyıb. Bununla belə, 2011-ci ilin iyul ayında “The Sun” saytını qıraraq “Lulz Security” qrupu öz mövcudluğunu bir daha göstərib.







28/07/11    Çap et