Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzDataCom”dan 1 günlük kredit


"AzDataCom" 1 günlük kredit xidmətini istifadəçilərin ixtiyarına verib. "ICTnews" elektron xəbər xidmətinə Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, göstərilən internet xidməti aylıq abunə haqqı borcuna görə dayandırıldığı təqdirdə, internet olmadan belə hər bir veb-səhifənin əvəzinə açılan müvafiq səhifədən 1 günlük kredit götürmək imkanı istifadəçilərə təqdim olunub.

Sözügedən xidmətdən istifadə üçün heç bir ödəniş, faiz tələb olunmur və balansdan çıxılmır.

Məlumat üçün bildirək ki, kredit götürmədən də "azdatacom.az", "rabita.az", "phone.rabita.az", "e-imza.az", "e-gov.az" və "ehdis.az" internet saytlarına daxil olmaq mümkündür.

CAHANGİR




21/01/13    Çap et