Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi 20 Yanvar faciəsi ilə bağlı onlayn kampaniya keçirib


Dünən “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar onlayn kampaniyaya start verib.

“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “Unutma (neverforget)” adlanan kampaniya çərçivəsində təşkilat üzvləri sosial şəbəkələrdə faciə və onun qurbanları barədə bir neçə dildə olan məlumatları paylaşıblar.

Kampaniya sosial şəbəkə istifadəçiləri tərəfindən dəstəklənib və onların iştirakı ilə daha geniş miqyas alıb. Qeyd edək ki, ötən il “İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılan 20yanvar.com saytında faciənin tarixini özündə əks etdirən Azərbaycan, rus və ingilis dillərində məlumatlar, foto və video materiallar yerləşdirilib.

CAHANGİR




21/01/13    Çap et