Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə “3D” printerdə "çap edilmiş" ilk ev yaradılacaq


Hollandiyalı memar Yanyaap Royssenaars 2014-cü ilədək "Landscape House" adlı ev tikməyə hazırlaşır. 6x9 metr ölçüsündə bloklardan qurulacaq ev "3D" printerdə "çap ediləcək".

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Royssenaars layihəni riyaziyyatçı və rəssam Rinus Rulofs ilə birgə həyata keçirmək niyyətindədir. İkimərtəbəli ev İrlandiya sahilində yerləşəcək, onun tikintisi təxminən 18 ay çəkəcək.

Tikinti materialı qismində qum və qeyri-üzvi maddədən istifadə ediləcək. Əlbəttə ki, bina böyük "3D" printerdən yaşamağa hazır vəziyyətdə çap edilməyəcək, bu, yalnız karkas olacaq. O, daha sonra betonla bərkidiləcək.

Emil Hüseynov




22/01/13    Çap et