Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sumqayıtın bütün daşınmaz əmlakları haqda rəqəmsal kadastr xəritəsi istifadəyə verilib


“Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsi müvəffəqiyyətlə başa çatıb və layihənin məhsulları artıq xidməti istifadəyə verilib. “Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin həyata keçirilməsində əsas məqsəd şəhər üzrə mövcud olan mülkiyyət növündən və mənsubiyyətindən asılı olmayaraq, bütün daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılmasından və Sumqayıt şəhərinin rəqəmsal kadastr xəritəsinin hazırlanmasından ibarət olub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, layihə Türkiyə Cümhuriyyətinin “Kutlubəy Harita İnşaat Mühendislik Sanaye Ticaret” Anonim Şirkəti tərəfindən həyata keçirilib. Layihənin icrasında subpodratçı şirkət kimi Azərbaycan mütəxəssislərindən ibarət olan “Dashkad” MMC şirkəti iştirak edib.

İşlər Layihənin Texniki Tapşırığına müvafiq olaraq müvəffəqiyyətlə icra olunub və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadə üçün qəbul edilib. Yaradılmış elektron kadastr məlumat bazası xidməti istifadə üçün, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə təqdim edilib.

Bu baza əmlaklar üzərində hüquqların qeydiyyatını apararkən bir çox hallarda çöl-ölçmə işlərinin aradan qaldırılmasına şərait yaradır: “Bazanın həmişə aktual olmasını təmin etmək məqsədi ilə həm qeydiyyat sistemində çalışan mütəxəssislər, həm də Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən daşınmaz əmlaklarla bağlı dəyişikliklər mütəmadi olaraq bazaya daxil ediləcək.

Azərbaycanda daşınmaz əmlakın kadastrının yaradılması sahəsində müvəffəqiyyətlə başa çatmış bu işlər ölkə mütəxəssisləri tərəfindən digər ərazilərdə də kadastr işlərinin tam və dolğun aparılmasına zəmin yaradır”.

HƏQİQƏT




22/01/13    Çap et