Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“3D” insan orqanizminə ziyandır
Kaliforniya Universitetinin alimləri araşdırma nəticəsində “3D” formatla videoçarxlara tamaşa etməyin insan orqanizminə zərərli olduğunu müəyyənləşdiriblər. Alimlər “3D” formatlı videoya tamaşa etdikdən sonra insanda ürəkbulanması, öskürmə, boyun və beldə ağrıların müşahidə olunduğunu aşkar ediblər.
24 könüllü arasında aparılan təcrübədən sonra alimlər insanlarda yorğunluq və görmədə müəyyən problemlərin yarandığını müəyyən ediblər. Alimlər insanlara maksimum bir neçə saat “3D” videolara baxmağı məsləhət görürlər.
28/07/11 Çap et