Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə informasiya və rabitə sektoruna 325,3 milyon manat investisiya qoyulub


Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub. Bu məqsədlə hesabat dövrü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 110.5 mln. manat investisiya qoyuluşu həyata keçirilib.

Ümumilikdə informasiya və rabitə sektoruna 325,3 milyon manat investisiya qoyulub və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 2.0 faiz təşkil edir. Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat dövründə 45 ədəd yeni EATS istismara verilib, 21 ədəd ATS rekonstruksiya olunub, 26 ədəd ATS-də genişləndirmə işləri aparılıb, 41 ədəd TV-radioverici quraşdırılıb (o cümlədən 23 televiziya və 18 radiovericidir) və 44 ədəd poçt şöbəsi binası tikilib ki, bundan 11 ədədi Naxçıvan MR RİTN üzrə tikilib.

Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə çatdırılıb. Həmçinin, Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə və Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə ərazilərində müasir tipli "DWDM" (transmissiya) şəbəkəsi qurulub.

Hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 1 475 535 ədədə çatdırılıb.

HƏQİQƏT




22/01/13    Çap et