Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Texniki Universiteti və “Microsoft Azərbaycan” İKT sahəsində əməkdaşlıq edəcək
“Microsoft Azərbaycan” şirkətinin nümayəndəsi Emin Axundov Azərbaycan Texniki Universitetində olub. “ICTnews” elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Natiq Əhmədov, “İnformatika və İnformasiya texnologiyaları” kafedrasının müdiri, professor Akif Süleymanov, “Telekommunikasiya şəbəkələri və texnologiyaları” kafedrasının dosenti Zəfər Cəfərov və həmin kafedranın baş müəllimi Rasim Abdullayev iştirak edib.
Danışıqlar zamanı Emin Axundov “Microsoft” şirkətinin təqdim etdiyi yeni lizensiyalı proqramların üstünlükləri ilə bağlı ətraflı məlumat verib.
Eyni zamanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində AzTU ilə bir neçə istiqamətdə əməkdaşlıq təkliflərini irəli sürüb. Daha sonra təkliflərlə bağlı geniş müzakirələr aparılıb, ilkin razılıqlar əldə edilib.
CAHANGİR
22/01/13 Çap et