Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün 80-ci illərin ən yaxşı reklamı nümayiş olunub
1984-cü il yanvarın 22-də Amerika televiziyasında ilk dəfə olaraq “Apple” şirkətinin “Macintosh” kompüterinin reklamı nümayiş olunub. “Advertising Age” jurnalının versiyasına görə, o, 80-ci illərin ən yaxşı reklamıdır.
Süjetə görə, "informasiyanın təmizlənməsi üzrə təlimatlar"ın ildönümünün qeyd edilməsində eyni görünən kişilər iştirak edir və əlində gürz olan qadın zala tərəf qaçır və onu göy ekrana tullayır (bu zaman zalda olanlardan biri "Biz qalib gələcəyik" söyləyir). Reklamın sonunda “Apple Computer” yanvarın 24-də “Macintosh” kompüterini təqdim edəcək. Siz 1984-cü ilin niyə “1984” (Corc Oruelin romanı) kimi olmayacağını görəcəksiniz” sözləri ilə titrlər gedir.
Müxtəlif məlumatlara görə, bu çarxın yaradılmasına 700-dən 900 minədək dollar həcmində vəsait ayrılmışdı. Stiv Cobs reklamı “Apple”-ın Direktorlar Şurasına təqdim edir. Onların rəyi mənfi olur. Bununla belə çarx göstərilir.
Reklam “CBS” kanalında göstərilmiş və onu 90 milyondan çox insan izləmişdi. 1984-cü ildə bu reklam "Kann şirləri" reklam festivalında “qran pri” mükafatı almış və “Advertising Age” jurnalının versiyasına görə, 80-ci illərin ən yaxşı reklamı adına layiq görülmüşdü.
Emil Hüseynov
22/01/13 Çap et