Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kubada yüksəksürətli internet işə salınıb
Kubada yüksəksürətli internet işə salınıb. Bu barədə "Renesys" şirkətinin baş tədqiqatçısı Duq Medori bildirib. Onun sözlərinə görə, son həftə ərzində qlobal şəbəkəyə nəzarət sistemi optik lifli kabelin işə salındığını göstərib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, optik lifli kabel Kubaya 2011-ci ildə çəkilib, lakin onun işə salınması mütəmadi olaraq təxirə salınırdı. Təxminən 1600 kilometr uzunluğunda olan kabel Venesueladan altı ilə çəkilib.
Layihənin ümumi qiyməti təxminən 70 milyon dollar təşkil edib. Hazırda Kubada internetə qoşulmaq üçün bahalı peyk rabitəsindən istifadə edilir. Yeni kabel vasitəsilə internet qoşulmanın sürəti ən azı 3 min dəfə artmalıdır. Medorinin sözlərinə görə, internet kabelin işə salınması Kubanın daha açıq və azad ölkəyə çevrilməsindən xəbər verir.
Emil Hüseynov
22/01/13 Çap et