Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

XDMX: "İnternet saytına haker hücumu olmayıb"


Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi ölkənin kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama verib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, açıqlamada qurumun saytından məlumatların hakerlər tərəfindən oğurlanması ilə bağlı yazılanlara etiraz edilir. XDMX bildirir ki, onların saytına heç bir müdaxilə edilməyib:

«Son günlər bəzi kütləvi informasiya vasitələrində XDMX-nin internet saytından bəzi məlumatların hakerlər tərəfindən oğurlanması ilə bağlı yer almış məlumatla əlaqədar bildirmək istəyirik ki, sözügedən məlumatların XDMX-nin saytı ilə heç bir əlaqəsi yoxdur və XDMX saytına heç bir müdaxilə halı qeydə alınmayıb». Həmçinin qurumdan qeyd edirlər ki, ümumiyyətlə heç bir internet saytında konfidensial və ya məxfi məlumat yerləşdirilmir.

Saytda yerləşdirilən məlumatlar kütləvi istifadə üçün nəzərdə tutulub və onu istənilən şəxs istifadə edə bilər: «Hazırda tərəfimizdən bu məlumatların və kütləvi informasiya vasitələrində yaranmış dezinformasiyanın səbəbləri araşdırılır».

SEYMUR




22/01/13    Çap et