Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nazik planşeti təqdim edilib


“Sony” şirkəti Yaponiyada “Android” platforması ilə işləyən yeni “Xperia Z” planşetini təqdim edib. Qurğunun qalınlığı 6,9 millimetr təşkil edir. O, həm “iPad”, həm də yığcam “iPad mini” planşet kompüterindən nazikdir və çəkisi cəmisi 495 qramdır.

Cihazın Yaponiyada satışlarına yazda start veriləcək, şirkət qurğunun digər bazarlara tədarük olunması ilə bağlı hələ ki heç bir məlumat verməyib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, model qara və ağ rənglərdə əlçatan olacaq. 10,1 düym diaqonala malik ekranda tərəflər nisbəti 16:10 təşkil edir və təsvir ölçüsü 1920x1200 pikselə bərabərdir.

“Xperia Tablet Z” planşeti toz və su keçirmir. Planşet dördnüvəli “Qualcomm APQ8064” prosessoru, 2 QB əməli yaddaş, “microSD” kartları üçün slot və 32 QB daxili yaddaşla təchiz edilib. “Exmor R” datçiki ilə təchiz edilmiş arxa kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Qurğu “LTE” şəbəkələri daxil olmaqla, istənilən mobil şəbəkələrə qoşula bilər. Cihaza “Android 4.1” mobil əməliyyat sistemi quraşdırılıb.

Emil Hüseynov




23/01/13    Çap et