Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” yeni “ağıllı” telefon təqdim edib


"LG" şirkəti Yaponiyanın "NTT Docomo" operatoru ilə birgə "Full HD" ekranı ilə təchiz edilmiş 5 düymlü "Optimus G Pro" "ağıllı" telefonunu təqdim edib. Cihaz 2012-ci ilin sentyabrında təqdim edilmiş "Optimus G" modelinin təkmilləşdirilmiş versiyasıdır. Yeni modelin ekranı çox keyfiyyətlidir: o, daha böyük (5 düym) və daha aydındır (440 nöqtə).

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, batareyanın tutumu 3 dəfə (2100-dən 3000 milliamper/saatadək) artırılıb. Buna görə korpusun qalınlığı 1,5 millimetr (mm) artaraq 10 mm-ə bərabər olub və "ağıllı" telefonun çəkisi 15 qram (qr) ağırlaşaraq 160 qr təşkil edib.

Qapağın alt hissəsində 1.7 QHs takt tezliyində işləyən dördnüvəli "Snaprdagon Pro" prosessoru və 2 QB əməli yaddaş yerləşdirilib. Cihaza "Android 4.1" (Jelly Bean) platforması quraşdırılıb. "Optimus G Pro" "ağıllı" telefonunun satışlarına apreldə start veriləcək.

Onun beynəlxalq bazara çıxarılması haqqında məlumat yoxdur.

Emil Hüseynov




23/01/13    Çap et