Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sənaye və texnologiyalar parkları üçün vergi güzəştləri müəyyənləşib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 21 dekabr 2012-ci il tarixli qanuna əsasən, Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişiklik edilib.

"ICTnews" elektron xəbər xidmətinə Vergilər Nazirliyindən verilən məlumata görə, mühüm dəyişikliklər sırasında prezidentin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən, parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan və sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idxal edilən texnikalar, texnoloji avadanlıqlar və qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilməsi də var.

HƏQİQƏT




23/01/13    Çap et