Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” 8 düymlü planşet hazırladığını təsdiqləyib


"Samsung"un mobil bölməsinin direktoru Cey Key Şin şirkətin planşet hazırladığını təsdiq edib. Bu barədə Koreyanın "iNews 24" nəşri məlumat yayıb.

8 düymlü "Galaxy Note" modeli 25-28 fevral tarixində Barselonada keçiriləcək "Mobile World Congress" sərgisində nümayiş oluna bilər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, Şin 8 düymlü "Note" modelinin içliyi barədə məlumat verməyib.

Emil Hüseynov




23/01/13    Çap et