Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 1 mbit/s xidmətin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir


Azərbaycanda internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində il ərzində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 35 faiz aşağı salınıb.

Dəyişiklik nəticəsində genişzolaqlı xidmətin tarifləri 2 mbit/s üzrə 20 mantdan 15 manata, 1 mbit/s üzrə 15 manatdan 10 manata endirilib ki, mövcud qiymətlər region ölkələri arasında ən aşağı qiymət hesab oluna bilər.

Bu gün Azərbaycanda 1 mbit/s xidmətin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. İnkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır.

HƏQİQƏT




23/01/13    Çap et