Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstənilən telefon nömrəsi üzrə işıq, qaz və su kodlarının müəyyən edilməsi mümkündür


Abunəçilər tərəfindən telefon nömrələri üzrə kommunal kodların müəyyən olunaraq kommunal xidmət haqlarının Məlumat Hesablama Mərkəzinin (MHM) “www.rabita.az” internet saytında ödənilməsi üçün MHM ilə “Goldenpay” şirkəti arasında müqavilə imzalanıb.

Bu məqsədlə MHM-də məlumat bazası yaradılmışdır və hazırda istənilən telefon nömrəsi üzrə işıq, qaz və su kodlarının müəyyən edilməsi mümkündür.

Bundan başqa, MHM tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom”şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

01.01.2013-cü il tarixə “AzDataKom” şəbəkəsinin 1318 əhali, 1235 təşkilat abunəçisi var.

HƏQİQƏT




23/01/13    Çap et