Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” cari ilin birinci rübündə mənfəətinin artacağına ümid edir


"International Business Machines" (IBM) korporasiyasında 2012-ci ilin dördüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım qeydə alınıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, "IBM"-in rüblük xalis mənfəəti 5,8 milyard dollar və ya 1 səhm üçün 5,13 dollar, mədaxili isə 29.3 milyard dollar təşkil edib. Amerika nəhənginin illik satış həcmi 104,5 milyard dollar (-2 faiz), xalis mənfəət isə 16,6 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci illə müqayisədə 5 faiz çoxdur.

Rüb ərzində ümumi rentabellik 49.9-dan 51,8 faizədək artıb. İT həllərin ən böyük biri tədarükçülərindən biri "IBM" 2013-cü ilə 1 səhm üçün 16,7 dollar mənfəət proqnozlaşdırır. 2012-ci ildə "IBM" 11 satınalma həyata keçirib və onlara təxminən 3,7 milyard dollar xərcləyib.

Emil Hüseynov




23/01/13    Çap et