Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərt disk istehsalçısı proqram təminatı bazrına daxil olmağa cəhd göstərir


Dünyanın ən böyük sərt disk istehsalçılarından biri "Western Digital" şirkəti bu gün "Arkeia Software" proqram təminatı istehsalçısını satın aldığını bəyan edib. Sazişin qiyməti açıqlanmır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Arkeia" şirkəti kiçik və orta biznes üçün müxtəlif kompüter sistemlərində verilənlərin ehtiyat surətini çıxartmaqdan ötrü proqram təminatı istehsalı ilə məşğul olur.

Sazişin şərtinə görə, "Arkeia" əvvəllər yaratdığı məhsullarını inkişaf etdirəcək və cari müştəriləri dəstəkləməyə davam edəcək.

Emil Hüseynov




23/01/13    Çap et