Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlham Əliyev “Booz&СO” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti "Booz&СO"nun baş icraçı direktoru Çezare Maynardi ilə görüşü olub.
Görüşdə "Booz&СO" şirkətinin baş icraçı direktoru Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd etdi.
23/01/13 Çap et