Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntellektual mülkiyyət bazarından innovativ inkişaf” mövzusunda V beynəlxalq forum keçiriləcək
3 aprel 2013-cü ildə Moskvada 2020-ci ilədək MDB ölkələri üzrə innovasiya inkişafının strategiyasının reallaşdırılması çərçivəsində növbəti "İntellektual mülkiyyət bazarından innovativ inkişaf" mövzusunda V beynəlxalq forum keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, forum BMT-nin təşəbbüsü ilə "İntellektual Mülkiyyətin Beynəlxalq Günləri" çərçivəsində həm Rusiya, həm MDB ölkələri üçün intellektual mülkiyyəti sahəsində əsas tədbir kimi keçiriləcək.
5-ci forumun proqramı müxtəlif mövzularda olan müzakirələr çərçivəsində plenar və 5 sessiyalı iclasdan ibarət olacaq. Rus dilində keçiriləcək forumda iştirak pulsuzdur. İntellektual mülkiyyətlə bağlı növbəti tədbir 21-23 fevral, 2013-cü il tarixində, Ukraynanın Kiyev şəhərində (Ünvan: "Rus" hoteli, Hospital küçəsi 4.) təşkil olunacaq.
"İntellektual mülkiyyətin aktual məsələləri" mövzusunda XX beynəlxalq elmi-praktiki konfransın təşkilatçıları Ukraynanın İntellektual Mülkiyyətin Dövlət Xidməti, İntellektual Mülkiyyətin Dünya Təşkilatı, "Sənaye Mülkiyyəti üzrə Ukrayna İnstitutu" dövlət müəssisəsidir:
"Konfransın proqramı alınmış məlumatlar əsasında yaranır və fevralda "www.sips.gov.ua", "www.uipv.org", "www.iii.ua" veb-saytlarında nəşr olunacaq. Konfrans (www.iii.ua) Ukrayna, rus və ingilis dillərində aparılacaq".
HƏQİQƏT
24/01/13 Çap et