Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” qabaqcıl kamera ilə təchiz edilmiş "vinfon" hazırlayır


Finlandiyanın “Nokia” şirkəti “Windows Phone” platforması ilə işləyəcək “ağıllı” telefonda “PureView” texnologiyasını reallaşdırmaq niyyətindədir.

Qurğu “Symbian” platforması ilə işləyən “PureView 808” modelində olduğu kimi yüksəkkeyfiyyətli fotolar çəkə biləcək.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “The Verge” internet-nəşrinin mənbələrinə inansaq, cihaz “Nokia EOS” adlandırılacaq. Nəşrin məlumatına əsasən, “Nokia EOS” polikarbonat deyil, alüminium korpusa malik olacaq.

Emil Hüseynov




24/01/13    Çap et