Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”-ın səhmlərinin qiyməti niyə azalıb?


2012-2013 maliyyə ilinin birinci rübü üzrə hesabatın dərc edilməsindən sonra "Apple"-ın rekord həcmdə gəlir əldə etməsinə baxmayaraq, onun səhmlərinin qiyməti 10 faiz azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, "Apple"-ın mədaxili 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 54,5 milyard dollar təşkil edib. Mənfəətin həcmi 13,1 milyard dollar təşkil edib. 2012-ci ilin oktyabr-dekabr ayları ərzində şirkət bazara 22.9 milyon (+7 milyon) "iPad" planşeti, 4.1 milyon (-1.1 milyon) "Mac" kompüteri və 12.7 milyon (3 milyon) "iPod" pleyeri tədarük edib.

"iPhone" qurğularının tədarük həcmi 29 faiz artaraq 47,8 milyon (37 milyon) təşkil edib. Lakin müstəqil ekspertlər 50 milyon qurğu proqnozlaşdırmışdılar. Məhz bu, səhmlərin məzənnəsinin düşməsinə səbəb olub. 

"Reuters" agentliyi qeyd edib ki, "Apple" şirkəti üç rüb ardıcıl olaraq analitiklərin gözləntilərini doğrultmur. "Apple üçün ən mühüm olan insanlara sevinc gətirəcək qurğular hazırlamaqdır" – şirkətin baş direktoru Tim Kuk bildirib.

Emil Hüseynov




24/01/13    Çap et