Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“MilliKart” şəbəkəsində POS-terminalların sayı 6750 ədədə çatıb
"MilliKart" prosessinq mərkəzi 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələr və fəaliyyət göstəricilərini açıqlayıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, prosessinq mərkəzinin məlumatında deyilir ki, geridə qoyduğumuz il çox məhsuldar olub: "Şirkət bir neçə layihəni böyük müvəffəqiyyətlə başa çatdırıb. Əsas layihələrdən "Instant issuance" – kartların dərhal verilməsi və "Bonus & Taksit" – hissə-hissə ödəmə və bonus qazanma imkanı verən layihələri qeyd etmək olar.
Ötən il ərzində aparılan əməliyyatların ümumi sayı 4 milyona yaxınlaşıb, əməliyyatların həcmi isə 650 milyon manata qədər yüksəlib. "MilliKart" şəbəkəsindəki kartların sayı 236000, POS-terminalların sayı 6750, ATM-lərin sayı isə 333 təşkil edir. Partnyor-bankların sayı artıb və hal-hazırda 12-yə çatıb".
Qeyd edək ki, "MilliKart" güclü proqram və aparat təchizatı ilə qabaqcıl texnologiyaya malik olan regiondakı ən sürətlə inkişaf edən şirkətlərdən biridir.
Şirkət informasiya texnologiyalarının demək olar ki, bütün sahələrində iştirak edir. Kart və əlaqədar texnologiyalarda peşəkar olaraq, "MilliKart" həmçinin texnoloji həllərin və məsləhət xidmətlərinin təchizatı ilə də məşğuldur.
CAHANGİR
24/01/13 Çap et