Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Cobs haqqında çəkilmiş film aprelin 19-də nümayiş olunacaq


Stiv Cobsun həyatına həsr edilmiş "jOBS" filmi aprelin 19-da, "Apple" şirkətinin yaranmasının 37-ci ildönümündə nümayiş olunacaq. Bu barədə filmin paylanması ilə məşğul olan "Open Road Films" və "Fiver Star Feature Films" studiyalarının nümayəndələri məlumat veriblər.

"JOBS" filminin premyerası artıq sabah, yanvarın 25-də amerikanın "Sandens" kino festivalı çərçivəsində nümayiş olunacaq. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, filmin ssenaristi Mett Uayteli, rejissoru Coşua Maykl Şterndir. Aparıcı rolda Eşton Kutçer çəkilib.

Film 122 dəqiqə davam edir. Onun büdcəsi 8,5 milyon dollardır. Filmdə Cobsun 1971-2000-ci illəri əhatə edən həyat dövründən danışılacaq.

Emil Hüseynov




24/01/13    Çap et