“Facebook”dakı yeni virus fərdi kompyuterdə antivirusları "öldürür"
“BitDefender” şirkətinin təhlükəsizlik üzrə ekspertləri yeni təhlükəli troyan proqramının aşkar edilməsi haqqında məlumat veriblər. Bu troyan dünyada ən məşhur “Facebook” sosial şəbəkəsi vasitəsilə fəal olaraq yayılır. Mütəxəssislərin sözlərinə görə, “Trojan.FakeAV.LVT” adlanan troyan nadir funksionallıqla fərqlənir. Troyan istifadəçilərin antivirus proqramlarını silir və onları özünün faydasız imitasiyaları ilə əvəz edir. Həmçinin kibercinayətkarlar öz “uşaq”larının yayılması kampaniyasına xeyli güc sərf ediblər.
İstifadəçinin kompyuterinə daxil olan troyan dərhal sistem faervolundan bütün xəbərdarlıqları, “Windows” yenilənmələrini, həmçinin quraşdırılmış antivirusun işini blok edir və istifadəçiyə sistemi yenidən yükləmək xahişi ilə üzə çıxan pəncərə göstərir. Troyanın orijinal imkanlarından biri 10-dan çox ən məşhur antivirus proqramlarını aşkar və imitasiya etmək bacarığıdır.
www.cnews.ru