Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb
Prezident İlham Əliyevin Davosda “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olmuşdur.
Görüşdə “Microsoft International” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlərin əhəmiyyəti vurğulandı.
İnformasiya təhlükəsizliyinə dair məsələlərin müzakirə olunduğu görüşdə “Microsoft International” ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı.
24/01/13 Çap et