Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sərtgövdəli disklərə tələbat artır
“IHS iSuppli” şirkəti 2013-cü il üçün sərtgövdəli daşıyıcılar bazarı üzrə proqnozunu açıqlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə fləş-yaddaş əsasında hazırlanmış təxminən 39 milyon “SSD” disk satılıb. 2013-cü ildə tədarük həcminin 2 dəfə artaraq 83 milyon təşkil edəcəyi gözlənilir.
Bu halda sərtgövdəli daşıyıcı satışlarından əldə olunan gəlir təxminən 10 milyard dollar təşkil edəcək. “IHS iSuppli” hesab edir ki, 2016-cı ildə “SSD” disk bazarının həcmi 239 milyona çata bilər. Sərtgövdəli daşıyıcıların qiymətinin azalması onlara tələbatı artırıb. 2011-ci ildə “SSD” disklərin qiyməti 23 faiz ucuzlaşıb. 2012-ci ilin ortalarında onların qiyməti 20 faiz, ilin ikinci yarısında isə daha 10 faiz azalıb.
Emil Hüseynov
25/01/13 Çap et