Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Texnologiyalar bu dəfə beton istehsalçıları və istehlakçıların köməyinə gəlib


Bütün sahələrdə tətbiq həlləri ilə yeniliklər yaradan texnologiyalar bu dəfə beton istehsalçıları və istehlakçıların köməyinə gəlib.

Belə ki, rəsmi statistik məlumatlara əsasən, soyuq hava şəraitində, xüsusən qış aylarında beton istehsalı üzrə işlər azalır və beton istehsalçıları, inşaat şirkətləri bir sıra çətinliklərlə qarşılaşır. Çünki hidrotasiya prosesində baş verən gecikmə səbəbindən beton qısa zaman ərzində tələb olunan qatılaşma səviyyəsinə çatmır.

Nəticədə qışda aparılan tikinti işlərinin həcmi nəzərəçarpan dərəcədə aşağı düşür. İstehlakçıların və bazar tələblərinə uyğun olaraq, "Holcim (Azərbaycan)" şirkətinin mütəxəssisləri "Holcim" Sement Mərkəzinin üzvləri üçün xüsusi seminar keçiriblər.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, seminarda soyuq hava şəraitində beton hazırlama sahəsində dünyada mövcud olan ən yaxşı təcrübələr və "nou-hau"lara uyğun innovativ üsullar təqdim edilib: "Sözügedən üsulların tətbiqi Azərbaycanın beton istehsalçıları və inşaat şirkətləri üçün daha geniş imkanlar yaradacaq".

HƏQİQƏT




25/01/13    Çap et