Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Asiya regionu genişzolaqlı internetə qoşulma sürətinə görə liderdir
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, məzmun tədarükü üzrə dünyanın ən böyük şəbəkə operatoru "Akamai Technologies" şirkətinin dərc etdiyi "State of the Internet" hesabatına əsasən, internetə çıxış üçün ən sürətli ayrılmış xətlər əvvəlki kimi Honkonqda əlçatandır.
2012-ci ilin üçüncü rübündə bu ixtisaslaşdırılmış inzibati regionda genişzolaqlı internetə qoşulmanın orta sürəti 54.1 Mbit/san təşkil edib. Sonrakı yerdə 48,8 Mbit/san göstəriciyə malik Cənubi Koreya yerləşib. ABŞ və Böyük Britaniyada bu göstəricilər müvafiq olaraq 29,6 və 28,1 Mbit/san təşkil edib.
Bununla belə, Asiya regionu dünyada "DDOS"-trafikin ən böyük mənbəyi olub, həmçinin botnet və kibercinayətkarlar üçün ən böyük "ev" rolunu oynayıb. Çin bu göstərici üzrə liderdir. "Akamai"nin hesabatına əsasən, zərərli trafikin təxminən 33 faizi Çinin payına düşür. ABŞ (13 faiz) ikinci yerdə qərarlaşıb.
Emil Hüseynov
25/01/13 Çap et