Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Verilənlərin ötürülməsi üçün yeni sistem hazırlanır
“Fujitsu Labs” tədqiqatçılarının təqdim etdikləri yeni texnologiya vasitəsilə verilənləri kompüterdən mobil telefona, sadəcə, ekranı mobil telefonun kamerası ilə çəkməklə ötürmək mümkündür.
“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, “Video Meditated Communication” adlı yeni texnologiya “IP” ünvan, “SSID” və digər identifikasiya məlumatlarını kompüterin ekranına yerləşdirir.
Bu məlumatlar telefonla eyniləşdikdən sonra verilənlərin ötürülməsi baş tutur. Telefon kompüterin ünvanını təyin etdikdən sonra fərdi kompüterdəki fayl “Bluetooth” və ya “Wi-Fi” vasitəsilə telefona ötürülür. Proses çox sadədir, əsas odur ki kamera mövcud olsun.
Emil Hüseynov
25/01/13 Çap et