Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürüşmə zonalarında yeraltı və hava rabitə xətlərinin monitorinqi aparılıb


Sürüşmə zonalarında yeraltı və hava rabitə xətlərində hər hansı dəyişiklik yoxdur. Bu barədə "Aztelekom" İB-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, birliyin mütəxəssislərindən ibarət briqadalar Ağsu aşırımında, Qobustan rayonu ərazisində, Şamaxı rayonunun Muğanlı, o cümlədən Göygöl rayonunda müşahidələr aparıb.

Məlumatda daha sonra bildirilir ki, əsas TAE (Trans Asia Evropa) fiber-optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımında və Şamaxı rayonunun Muğanlı kəndində baş verən sürüşmə zonasından keçən hissəsində yönəldiyindən burada qabaqlayıcı tədbirlər həyata keçirilib. "İCTnews" elektron xəbər xidmətinə "Aztelekom" İB-nin Kabel Magistralları Texniki Qovşağının (KMTQ) rəisi Ağamirzə Ağamirzəyey daha geniş şəkildə təhlil edərək bildirib ki, hələ TAE xəttinin Bakı-Qazax seqmenti çəkiləndə bu amil nəzərə alındığından ərazidən keçən kabel xətti həm havadan, həm də yeraltı çəkildiyindən rabitənin alternativliyi təmin edilib.

"Buna baxmayaraq biz ərazidə daimi tədbirlər həyata keçiririk. Əvvəllər yeraltı kabel xətti 1,2 metr dərinlikdə çəkilmişdi. Biz real təhlükənin qarşısını almaq üçün kabelin yerləşmə dərinliyini 50 santimetrədək azaltdıq. Hazırda sürüşmə hadisəsinin aktiv olan ərazilərində xəttin qırılmaması üçün kabelləri torpağın altından çıxarmışıq" - deyə rəis bildirdi.

O, daha sonra qeyd edib ki, Şamaxı-Mərəzə avtomagistralının Açıdərə çayı ərazisində də 650 metr məsafədə alternativ optik kabel xətti çəkilib. Bu, real təhlükə anında rabitənin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Hazırda ərazi nəzarət altındadır.

RƏVAN




25/01/13    Çap et