Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Poçt şöbələrində xüsusi lisenziya əsasında valyuta mübadiləsi xidməti təşkil edilib
Ötən il maliyyə xidmətləri çərcivəsində “Azərpoçt” MMC üzrə 61 Poçt Filialı və 977 poçt şöbəsinə xüsusi lisenziya əsasında valyuta mübadiləsi xidməti təşkil edilib.
Müəssisədən verilən məlumatda bildirilir ki, həmin valyuta mübadiləsi məntəqələrində 2012-ci il ərzində alış 15 433 197.35 USD, satış 16 197 822.49 USD təşkil edib. 2012-ci il ərzində açılmış müştəri hesabları üzərindən 92.965.000 USD və 2.246.000 EUR qeyri-nəğd valyuta əməliyyatları aparılaraq konvertasiya edilib.
RƏVAN
26/01/13 Çap et