Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xəzərdə ən müasir texnologiyalarla təchiz edilmiş yeni abunə şöbəsi istifadəyə veriləcək
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın mərkəzi ilə yanaşı, ətraf kənd və qəsəbələrdə sakinlərə göstərilən xidmət keyfiyyətinin artırılması, əlavə xidmətlərə çıxış imkanlarının yaradılması istiqamətində əlavə tədbirlər həyata keçirir.
Birlikdən verilən məlumata görə, bu istiqamətdə atılan addım kimi yaxın vaxtlarda Xəzər Telekommunikasiya Qovşağının ən müasir texnologiyalarla təchiz edilmiş yeni abunə şöbəsinin vətəndaşların istifadəsinə verilməsi gözlənilir.
Ən müasir xidmətlərin göstərilməsi üçün burada işçi personalına və müştərilərə əlverişli şərait yaradılacaq. Qeyd edək ki, BTRİB Yasamal, Xətai, Sabunçu və Nizami TQ-larda ən müasir tələblər səviyyəsində yeni abunə şöbələri yaradıb.
RƏVAN
26/01/13 Çap et