Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Samsung" suyadavamlı və "ağıllı" telefon təqdim edib
"Samsung" şirkəti "Galaxy Xcover 2" "ağıllı" telefonunu təqdim edib. Qurğu "IP67" müdafiə dərəcəsinə malikdir və təxminən 30 dəqiqə müddətində 1 metrədək suyun altında qala bilər. Bu halda iş qabiliyyətini itirmir. Bu xüsusiyyətinə görə "Galaxy Xcover 2" sualtı fotolar çəkə bilir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, cihaz 1 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş, "microSD", 5 meqapiksel təsvir ölçüsünə malik əsas kamera və əlavə "VGA" kamera ilə təchiz edilib. 4 düymlü ekranın təsvir ölçüsü 480×800 nöqtəyə bərabərdir. "Galaxy Xcover 2" batareyasının tutumu 1700 milliamper/saat təşkil edir. Cihaza "Android 4.1 Jelly Bean" əməliyyat sistemi quraşdırılacaq.
"Ağıllı" telefonun ölçüləri 130,5×67,7×11,9 millimetr, çəkisi 148 qram təşkil edir. "Samsung Galaxy Xcover 2" "ağıllı" telefonunun qiyməti haqqında məlumat verilməyib.
Emil Hüseynov
26/01/13 Çap et