Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

World Trade Center.com domeni satılsa, terror qurbanlarına yardım ediləcək


ABŞ-da 11 sentyabr terror aktının 10 illik ildönümü ərəfəsində “WorldTradeCenter.com” domeninin sahibi onu satmağı planlaşdırır. Domen broker sistemi “AfterMarket.com” bu gün elan edib ki, bunun üçün uyğun alıcı axtarır. Şirkətin press-relizində bildirilib ki, domen alıcıları kimi faciəli hadisə haqqında yaddaşı əbədiləşdirməyi arzu edən hökumət agentlikləri, təşkilatlar və digərləri çıxış edə bilərlər. Domen satışından terror aktlarından zərərçəkmiş qurbanlara yardım ediləcəyi gözlənilir. Məlumat üçün bildirək ki, “WorldTradeCenter.com” domeni hələ 1996-cı ildə qeydiyyatdan keçirilib, 2002-ci ildə onun sahibi dəyişərək Floridada yerləşən “Earth Plaza” şirkəti olub.


cybersecurity.ru




28/07/11    Çap et