Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt kredit sektorunda möhkəmlənir


"Azərpoçt" MMC Maliyyə Nazirliyi tərəfindən Sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaya uyğun olaraq bu sahədə möhkəmlənir.

Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, ötən ilin sonlarında "Azərpoçt" MMC ilə "Atəşgah" ASC və "Atasığorta" ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə dair qarşılıqlı müqavilə imzalanıb. "Azərpoçt" MMC-nin bütün RPF və PF-də avtomobillərin icbari sığortası və sığorta şəhadətnamələrinin satışı əməliyyatçılar tərəfindən əhaliyə tam şəkildə izah edilərək həyata keçirilir.

"Azərpoçt" MMC ilə "Unibank" ASC və "YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb ki, bundan sonra "Azərpoçt" MMC-nin tərkibində olan Bakı daxili və rayon poçt şöbələrində adı keçən bankların kreditlərinin yığımı prosesi mümkün olacaq.

RƏVAN




26/01/13    Çap et